📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu fələstinlilərin çadırına hücum edib. yüzlərlə insan...

2024-06-28 09:31:16

İsrail ordusu  fələstinlilərin çadırına hücum edib. yüzlərlə insan...

Verilən  məlumata görə, İsrail ordusu Rəfah şəhərinin əl-Məvasi bölgəsində qismən irəliləyib və məcburi köçkün fələstinlilərin yaşadığı çadırlara raket zərbələri endirib.

İsrailin çadırlara hücumu nəticəsində azı 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Yaralılar Qəzza zolağının cənubunda yerləşən Xan Yunus şəhərindəki xəstəxanaya çatdırılıb.

İsrailin hücumları səbəbindən yüzlərlə insanın bölgəni tərk etməli olduğu bildirilib.