📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu UNO-nu zərərsizləşdirib

2023-04-03 10:13:00

İsrail ordusu  UNO-nu zərərsizləşdirib

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, aprelin 2-də, axşam saatlarında İsrail səmasında Uçan Naməlum Obyekt qeydə alınıb. İsrailin Hərbi Hava Qüvvələri əvvəlcə onu müşayiət ediblər, sonra isə yaşayış məntəqələrindən uzaqda, vətəndaşlar üçün təhlükə olmayan yerdə onu zərərsizləşdiriblər. Bu barədə İsrail ordusu məlumat yayıb.

UNO-nun İsrailin hava məkanına Suriya tərəfdən daxil olduğu bildirilir. İsrail HHQ UNO-nu hələ Suriya ərazisində ikən izləyiblər. Obyekt İsrail ərazisinə yaxınlaşan kimi, qırıcılar və hərbi vertolyotlar havaya qalxıb.

Hazırda ekspertlər UNO-nun qalıqlarını araşdırırlar. Bu barədə ətraflı məlumat verilmir.

İsrail ordusu İsrailin hava məkanına Suriyadan daxil olaraq vurulan təyyarəsinin İran mənşəli olduğundan şübhələnir.

Hürr Tərcüman