📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İsrail ordusu əsirləri xilas edərkən bəzilərini öldürüb''."İsrail ordusu əsirlərini xilas etmə əməliyyatı zamanı dəhşətli qətliam törədib''

2024-06-08 22:46:00

Hurriyyet.az xəbər verir ki,Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde Telegram hesabında verdiyi açıqlamada, "İsrail ordusu əsirlərini xilas etmə əməliyyatı zamanı dəhşətli qətliam törədib" qeyd edib.

Əbu Ubeydə qeyd edib ki, İsrail “əsirlərin bir qismini xilas edə bilib, lakin bəzilərini də öldürüb”.İsrailin hücum etdiyi Nusayrat Qaçqınlar Düşərgəsində "çoxşaxəli müharibə cinayəti" törətdiyini vurğulayan Əbu Ubeyde, "Bundan ilk əziyyət çəkən İsrailli əsrlərdir"  deyib.

İsrail ordusu bu gün Qəzza zolağının mərkəzi hissəsində müxtəlif nöqtələrə hücumlar təşkil etdiyini və iki bölgədə 4 israilli məhbusun sağ-salamat xilas edildiyini açıqlayıb.Xilas edilən əsirlərin Təl-Əviv yaxınlığındakı Şeba Tel-Haşomer xəstəxanasına gətirildiyi və sağlamlıqlarının yaxşı olduğu qeyd edilərkən, əsirlərin xilas edilməsi zamanı baş verən qarşıdurmalarda 1 İsrail polisinin öldüyü bildirilib.

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi və müxtəlif bölgələrə eyni vaxtda həyata keçirdiyi intensiv quru, hava və dəniz hücumlarında 210 fələstinlinin şəhid olduğu, ən azı 400 fələstinlinin isə yaralandığı bildirilib.