📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdü

2026-08-18 21:50:31

İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdü

İsrail ordusu Qəzzanın şimalındakı Şati bölgəsində HƏMAS-ın mövqelərinə zərbələr endirdiyini açıqlayıb.

Modern.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzirə” telekanalı İsrail mediasına istinadən məlumat yayıb.

“Qüvvələrimizə qarşı olan təhlükəni aradan qaldırmaq üçün Qəzza şəhərinə hava hücumunda HƏMAS liderlərini hədəf aldıq. Biz HƏMAS-ın 4 liderini hədəf aldıq. Onlardan biri bölük komandiri, 3-ü isə tabor komandiri idi. Hədəf alınan HƏMAS liderləri Qəzzada qüvvələrimizə qarşı terror hücumu planlaşdırırdılar”, - İsrail ordusunun açıqlamasında deyilir.