📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu HƏMAS-la Qəzza razılaşmasının pozulması halında istənilən vəziyyətə hazırdır

2025-02-15 21:43:14

İsrail ordusu HƏMAS-la Qəzza razılaşmasının pozulması halında istənilən vəziyyətə hazırdır

İsrail Ordusu HƏMAS-ın Qəzza zolağında saxlanılan girovların azad edilməsi prosesini pozmaq cəhdinə qarşı yüksək hazırlıq vəziyyətindədir.

Bu barədə xarici işlər naziri İsrael Katz "X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İsrail Müdafiə Ordusu HƏMAS-ın razılaşmanı pozmaq və girovların azad edilməsinə mane olmaq cəhdlərinə qarşı istənilən ssenariyə hazırdır. ABŞ Prezidenti Donald Trampa bizi dəstəklədiyinə görə təşəkkür edirəm. İnsanların tezliklə İsrailə qayıtmasını təmin etmək üçün onunla birlikdə işləməyə davam edəcəyik", - paylaşımda qeyd edilib.

 

///report