📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təxliyə xəbərdarlığı edib

2026-03-14 12:48:52

İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təxliyə xəbərdarlığı edib

İsrail ordusu planlaşdırılan aviazərbələrlə bağlı Təbriz sakinlərinə təcili xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

IDF mülki şəxsləri dərhal vurulacaq ərazini tərk etməyə çağırıb.

“Yaxın saatlarda İsrail Müdafiə Qüvvələri son günlərdə Tehranda etdiyi kimi, İran rejiminin hərbi infrastrukturuna zərbə endirmək üçün əməliyyat keçirəcək. Təhlükəsizliyiniz və rifahınız naminə xəritədə göstərilən təyin olunmuş ərazini dərhal tərk etməyinizi xahiş edirik. Bu ərazidə olmağınız həyatınızı təhlükəyə atır”, – məlumatda qeyd olunub.