İsrail Ordusu Qəzza sakinlərini cənuba köçməyə çağırdı – SAXAL-HƏMAS savaşı
2023-10-25 14:45:09
Qəzzada quru əməliyyatına hazırlıq gedir
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Müdafiə Ordusunun (SAXAL) rəsmi təmsilçisi Daniel Haqari Qəzza sektorunun sakinlərini anklavın cənub hissəsinə köçməyə çağırıb və hərbi əməliyyatların bitməsindən sonra onlara evlərinə qayıtmaq imkanı veriləcəyini vəd edib.
Bəlli olduğu kimi, İsrail Qəzzada irimiqyaslı quru əməliyyatını hazırladığını bəyan edib.
Hürr Tərcüman