📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu Qəzzada 15 mindən çox uşağı öldürüb

2024-06-15 11:43:44

İsrail ordusu Qəzzada 15 mindən çox uşağı öldürüb

İsrail ordusunun 7 oktyabrdan etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda 15 min 694 fələstinli uşağın həyatını itirdiyi, 34 min uşağın yaralandığı, 3 min 600 uşağın itkin düşdüyü, 200 uşağın İsrail əsgərləri tərəfindən qaçırıldığı açıqlanıb.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrailin hücumları altında Qəzza zolağında uşaqların vəziyyəti ilə bağlı məlumat verilib.

İsrail Gazze'de 15 binden fazla çocuğu öldürdü

Açıqlamada, təxminən 1500 uşağın yaralanma səbəbiylə gözlərini, əzalarını itirdiyi və ya əlil olduğu bildirilib.

İsrail ordusu Qəzzada ən azı 200 fələstinli uşağı qaçırıb


Açıqlamada İsrail ordusunun ən az 200 fələstinli uşağı qaçırdığı, Qəzzada 17 min uşağın yetim qaldığı, onlardan təxminən 510-nun anasını itirdiyi vurğulanıb və 700 mindən çox uşağın Qəzza zolağında yaşadıqları yerdən köç etmək məcburiyyətində qaldığı, 650 min uşağın yaşadığı evlərin isə İsrail ordusunun hücumları nəticəsində dağıdıldığı bildirilib.

Bildirilib ki, 625 min uşağın İsrailin hücumları səbəbindən təhsil ala bilmir.

 

                   Qəzzada uşaqların 98 faizi içməli su tapa bilmir

Açıqlamada Qəzzada uşaqların içməli su tapa bilmədiyi, uşaqların 98 faizinin gündə 3 litrdən az suya çıxışı olduğu bildirilib.

Gazze'nin ciddi su krizi neden on yıllardır sürüyor?

“Xroniki xəstəlikləri olan 3500 uşaq düzgün qidalanmama və lazımi tibbi yardım göstərilməməsi səbəbindən ölüm riski altındadır”, - deyə məlumatda bildirilir.

82 min uşaqda qida çatışmazlığı əlamətləri müşahidə edilib


İsrailin humanitar yardımların ölkəyə girişini məhdudlaşdırdığı Qəzza zolağında təxminən 40 min fələstinli körpənin lazımi peyvəndləri ala bilmədiyi bildirilib.

Qəzzada 82 min uşaqda qida çatışmazlığı əlamətləri olduğu, təxminən 29 min uşaqda isə ciddi simptomlar olduğu qeyd edilib.

Bildirilib ki, Qəzza zolağında aclığın səbəb olduğu qida çatışmazlığından 33 fələstinli uşaq ölüb.