İsrail ordusu: “Qəzzada 320 hədəfi vurmuşuq”
2023-10-23 11:01:27
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Müdafiə Ordusu (SAXAL) sutka ərzində Qəzza sektorundakı 320 hədəfə, o cümlədən Fələstinin HƏMAS hərəkatının yeraltı tunellərinə zərbələr endirdiyini bəyan edib. Bu barədə məlumat İsrail Ordusunun rəsmi “Teleqram” kanalında verilib.
Hürr Tərcüman