📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail ordusu yenidən Tehranı bombalayıb

2026-03-31 15:52:32

İsrail ordusu yenidən Tehranı bombalayıb

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın bir neçə silah istehsalı obyektini bombalayıb.

APA xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Məlumata görə, hədəflər arasında ballistik raket başlıqları istehsalı müəssisəsi, “müasir silahlar” komponentləri üzrə tədqiqat və inkişaf mərkəzi, ballistik raket komponentləri istehsal müəssisəsi, həmçinin tank əleyhinə və hava hücumundan müdafiə raketləri və digər silah komponentlərinin istehsalı, tədqiqat və inkişaf mərkəzi olub.