📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İsrail ordusunun Solovyova ehtiyacı yoxdur, çünki...” – Solovyov rədd cavabı alıb (VİDEO)

2023-10-16 13:47:34

“İsrail ordusunun Solovyova ehtiyacı yoxdur, çünki...” – Solovyov rədd cavabı alıb (VİDEO)

Rus şovinizminin aqressiv təbliğatçısı Vladimir Solovyov İsrail üçün döyüşməyə hazır olduğunu deyib.

Hurriyyet.az xəbər verir ki, Putinin təbliğatçısı kimi də bilinən Solovyov proqramlarından birində yəhudi kökənli olduğunu və hətta 2004-cü ildə İsrail ilə Fələstin arasında baş verən gərginlik zamanı “öz xalqı üçün” döyüşmək istəyini dilə gətirdiyini bildirib.

Lakin İsrailin Rusiya Federasiyasındakı o vaxtkı səfiri ona deyib ki, “İsrail ordusunun Solovyova ehtiyacı yoxdur, çünki o, qocadır”.

“Mənin 60 yaşım var. Əgər burada müharibə getməsəydi mən İsrailə gedərdim. Yəhudilər bütün dünyada baş verən dəhşətli faciədən sonra öz xalqını müdafiə etmək üçün ora gedirlər”, - Solovyov bildirib.

Bununla belə, o qeyd edib ki, “bu yaşda İsrail ordusunun ona qətiyyən ehtiyacı yoxdur”.

 

“AzPolitika.info”