📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail pilotları Netanyahunu təyyarəyə minməyə qoymadılar – səfərləri bir-bir təxirə salınır

2023-03-24 10:28:00

İsrail pilotları Netanyahunu təyyarəyə minməyə qoymadılar – səfərləri bir-bir təxirə salınır

Baş nazirə qarşı görünməmiş etiraz aksiyaları

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsrailin bütün pilotları ölkənin Baş naziri Binyamin Netanyahunu Böyük Britaniyaya aparmaqdan imtina ediblər. Onlar hökumət başçısının apardığı siyasətdən narazı olduqlarını bildiriblər. Ölkənin bütün pilotlarının onu Londona aparmaqdan imtina etməsi səbəbindən Netanyahunun səfəri təxirə salınıb.

“Deyli Teleqraf” qəzetinin yazdığına görə, bütün pilotlar Netanyahunun siyasətinə, o cümlədən onun məhkəmə sistemində apardığı islahatlara qarşı kütləvi etiraz tədbirlərinə qoşulublar.

Bundan əvvəl pilotlar  Baş naziri Romaya aparmaqdan imtina eləmişdilər.

Netanyahu 23 mart tarixində Londonda britaniyalı həmkarı Rişi Sunak ilə görüşərək danışıqlar aparmağı planlaşdırmışdı.

Hürr Tərcüman