📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail polisi Fələstin parlamentinin spikerini həbs edib

2024-06-20 12:46:05

İsrail polisi  Fələstin parlamentinin spikerini həbs edib

Hurriyyet.az xəbər verir ki, Fələstin parlamentinin başçısı Əbdüləziz əd Dueyki azadlığa buraxıldıqdan bir neçə gün sonra yenidən İsrail qüvvələri tərəfindən saxlanılıb. Onun HƏMAS liderlərindən biri olduğu bildirilir. O, İordan çayının qərb sahilində yerləşən Xevron şəhərindəki evindən həbsxanaya aparılıb. "Əl Mayadin" kanalının məlumatında deyilir: "İsrailin güc strukturları Fələstininin qanunverici şurasının sədri Əbdüləziz əd Dueyki yenidən həbs ediblər".
Hürr Tərcüman