İsrail polisi Fələstinli müğənnini HƏBS ETDİ
2023-10-17 22:23:32
İsrail polisi fələstinli müğənni Dellal Əbu Amini Fələstini dəstəklədiyi və İsrail əleyhinə sosial mediada paylaşımlar etdiyi üçün saxlayıb.
Bu barədə İsrail polisindən yazılı açıqlama verilib.
Açıqlamada Nazareth şəhərində yaşayan müğənninin “Fələstinə dəstək vermək və münaqişəni alovlandırmaq” şübhəsi ilə saxlanıldığı bildirilib.
Polisin həbs müddətinin uzadılması tələbi ilə fələstinli müğənninin Nazareth Sülh Cəza Məhkəməsinə sövq ediləcəyini deyib.\\32gun.az