İsrail-Polşa münasibətləri normallaşmağa doğru gedir
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsrail ilə Polşa prezidentləri – İshaq Hersoq ilə Ancey Duda arasında telefon danışığı olub. Bu barədə məlumatı İsrail Prezidentinin ofisi yayıb. Söhbət zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin tam normallaşdırması barədə razılaşıblar. Dövlət başçılarının razılaşması əsasında İsrail səfiri Polşaya, Polşa səfiri İsrailə qayıdacaq.
Xatırladaq ki, 2021-ci ilə Polşa Prezidenti Ancey Duda restitusiya (pozulmuş hüququ bərpa etmə və zərərlərini ödəmə) müddətini məhdudlaşdıran qanun imzalamaqla yəhudilərin II Dünya müharibəsi zamanı itirdikləri mülkləri onların qohumlarının ala bilməsi hüququnu ləğv etmişdi. Bundan sonra İsrailin həmin dövrdəki Polşa səfiri ölkəsinə geri çağrılmışdı.
Hürr Tərcüman