📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail prezidenti çıxış nitqi ilə ölkəni ikiyə böldü

2022-02-16 15:27:00

İsrail prezidenti çıxış nitqi ilə ölkəni ikiyə böldü

İsrail prezidenti İsaak Hersoqun dünən "Yeshivat Mercaz HaRav"ın qurucuları ravvin Zvi Yehuda HaCohen Kookun 40-cı ölüm ildönümü münasibətilə keçirilən tədbirdəki çıxışı gündəmə gəlib.

Hersoq qatıldığı tədbirdə çıxışı zamanı İsrail hərbçiləri tərəfindən saxlandıqdan sonra dünyasını dəyişən 78 yaşlı fələstinlinin ölümündən təəssüfləndiyini bildirib. Söhbət keçən ay İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən saxlanılaraq dünyasını dəyişən 78 yaşlı fələstinli Ömər Əbdülməcit adlı şəxsdən gedir. 
Hersoqun bu sözlərindən sonra iştirakçılardan bəziləri Hersoqu səs-küylə rreaksiya versələr də, bəzi nümayişçilər alqışlayıblar. Son zamanlar aktiv addımlar ataraq gündəmi zəbt edən və 9-10 mart tarixlərində Türkiyəyə səfər edəcək İsrail prezidenti İsaak Hersoqun dünən qatıldığı mərasimdəki çıxışı faktiki olaraq ölkəni ikiyə bölüb.

Ülviyyə, Hurriyyet.az