İsrail Qəzza ilə sərhədə beton hasar çəkəcək
2023-01-06 11:31:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İsrail hökuməti Qəzza sektoru ilə sərhəddə beton hasar tikilməsini qərara alıb. Bu barədə məlumatı İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti verib.
Fələstin anklavı ilə sərhədin yaxınlığından keçən iki avtomobil yolu boyunca 4,6 km uzunluğunda beton divar tikiləcək. Tikintinin 2023-cü ilin yayında başa çatdırılması planlaşdırılır.
Hürr Tərcüman