İsrail Qəzza sektorunda “Starlink”dən istifadə edə bilər
2023-11-27 14:20:25
Hurriyyet.az xəbər verir ki, İsrailin rabitə naziri Şlomo Karxi amerikalı biznesmen İlon Maskla İsrail arasında ilkin razılaşma əldə edildiyini bildirib. Onun sözlərinə görə, İlon Mask Qəzza sektoru da daxil olmaqla, İsraildə “Starlink” peyk əlaqəsindən istifadə edilməsinə razılıq verib.
Bəlli olduğu kimi, noyabrın 27-də amerikalı biznesmen İlon Mask İsrail Prezidenti İshaq Hersoqla görüşüb.
Hürr Tərcüman