📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Qəzza zolağından yenidən raket atəşinə məruz qaldığını bildirib

2024-12-28 00:18:49

İsrail Qəzza zolağından yenidən raket atəşinə məruz qaldığını bildirib

İsrail Müdafiə Ordusu Fələstin radikallarının Qəzza zolağının şimalından yeni raket hücumu barədə məlumat verib.

Ordunun mətbuat xidmətinin məlumatına görə, atılmış raket İsraildə yaşayış olmayan ərazidə, heç bir ziyan vurmadan partlayıb.

Fələstin anklavı ilə sərhədə yaxın ərazidə yerləşən Nir Am kəndində hava hücumu xəbərdarlığı elan edilib. \\Report.Az