📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Qəzzanı Fələstinə verəcək?

2023-10-21 09:22:01

İsrail Qəzzanı Fələstinə verəcək?

İsrail Qəzzanı Fələstin Milli Administrasiyasına verməyə hazırlaşmır.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

“Baş nazir Netanyahu hədəfi müəyyən edib: HƏMAS-ın ləğvi... İsrailin Qəzzanı Fələstin Muxtariyyətinə, yaxud digər tərəfə verməyə hazırlaşması ilə bağlı yayılan məlumatlar cəfəngiyyatdır”, - deyə bildirilib.

Qeyd edilir ki, bundan öncə bəzi İsrail KİV-lərində İsrailin HƏMAS-ı məhv etməsindən sonra Qəzza anklavının Fələstin idarəçiliyinə veriləcəyi yönündə məlumatlar yayılmışdı.

axar.az