📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Qəzzaya hücum edib

2023-04-07 08:50:00

İsrail Qəzzaya hücum edib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsrail Ordusunun mətbuat xidməti yazılı açıqlamasında mühasirədə olan Qəzza bölgəsinə bu gecə ardıcıl hava hücumlarına başladığını bəyan edib.

Qəzzanın Beyt Hanun və Xan Yunis bölgələrində 2021-ci ildə İsrail ordusu tərəfindən vurulan iki tunelin yenidən hədəfə alındığı və zərərsizləşdirildiyi, Qəzza zolağında Hamas təşkilatına məxsus iki silah anbarının vurulduğu bildirilir.

Ölənlər və yaralananlar barəsində məlumat verilməyib.

Hürr Tərcüman