İsrail qüvvələri Fələstinli Qaçqınlar Düşərgəsinə basqın edib.
Hurriyyet.az
İsrail qüvvələri Nablusdakı Balata Fələstinli Qaçqınlar Düşərgəsinə basqın edib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə, İsrail əsgərləri basqın zamanı 1 fələstinlini şəhid edib, 13 yaşlı uşaq olmaqla 8 nəfəri yaralayıb.
İsrail əsgərlərinin öldürdükləri fələstinlinin cəsədini müsadirə etdiyi, yaralıların isə Nablusdakı xəstəxanalara aparıldığı bildirilib.
Sosial mediada paylaşılan görüntülərdə İsrail əsgərlərinin öldürdükləri, qan içində olan fələstinlini sürüyərək cəsədini müsadirə etdikləri görülüb.
Digər tərəfdən, İsrail əsgərlərinin uzun müddətdir ki, öldürdükləri fələstinlini axtardıqları və bacısının toyunda iştirak edən şəxsə basqın etdikləri bildirilib.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və israillilərin hücumları nəticəsində ölən fələstinlilərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 523-ə yüksəlib.