İsrail qüvvələrinin Cenin bölgəsinə təşkil etdiyi basqında 4 fələstinli şəhid olub
Hurriyyet.az xarici mətbuta istinadən bildirir ki,Şahidlər şəhərin bir çox girişindən basqın keçirən İsrail əsgərlərinin bir evi mühasirəyə alaraq bombaladığını, basqına qarşı çıxan fələstinlilərlə İsrail əsgərləri arasında silahlı toqquşmaların yaşandığını bildirib.
7 oktyabr 2023-cü il tarixindən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə Fələstin torpaqlarını qəsb edən İsrail əsgərləri və İsraillilərin hücumlarında həyatını itirən fələstinlilərin sayı son ölümlərlə birlikdə 565-ə yüksəlib,hücumlarda 5 min 351 fələstinli isə yaralanıb.
İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Qalkilya və Nablus, Ramallah və Beytüllah şəhərlərinə təşkil etdiyi basqında çoxlu sayda fələstinlini nəzarətə götürüb.
İsrailin Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlarda artım müşahidə olunur.