📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Rusiyanın Suriyadakı bazalarının yaxınlığına raket yağdırdı

2021-12-28 15:02:00

İsrail Rusiyanın Suriyadakı bazalarının yaxınlığına raket yağdırdı

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, İsrail Suriyada Rusiyanın Xmeymim aviabazasının yaxınlığına aviazərbələr endirib. Məlumatı Suriyanın dövlət televiziyası yayıb: “Bu gün saat 03.21 radələrində düşmən İsrail Latakiya şəhərindən qərbdə yerləşən ticarət limanındakı konteyner meydançasını Aralıq dənizi tərəfdən hədəfə alaraq raketlərlə hava hücumu həyata keçirib”.

Hadisə yerində baş vermiş yanğının böyük maddi zərər vurduğu qeyd edilir.

Artıq ikinci aydır ki, İsrail Rusiyanın hərbi bazasının yerləşdiyi Latakiyaya havadan zərbələr endirir.

Hürr Tərcüman