📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail səfiri: HƏMAS-dan sonra hədəfimiz İrandır

2023-10-14 16:28:38

İsrail səfiri: HƏMAS-dan sonra hədəfimiz İrandır

Ayətullahlar rejimi bu gün tam olaraq İkinci Dünya müharibəsindəki Almaniyanın nasist rejiminə çevrilib.

Hurriyyet.az xəbər verir ki, bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Ardan xarici mediaya açıqlamasında deyib.

O, HƏMAS-ın ardınca İranın əsas hədəf olacağını bildirib:

"Dünya anlamalıdır ki, onları ciddi şəkildə təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün böyük təhlükədir. İsrailə qarşı hücumlarda İranın əli olduğuna 100 faiz əminik. Tehranın bölgədə proksi qüvvələrini silahlarla təmin etdiyini nəzərdən qaçırmamalıyıq. HƏMAS oktapodun (səkkizayaq - red) ayaqlarından yalnız biridir. Onlarla problemimizi həll edən kimi İsrailin əsas prioriteti İran təhlükəsi ilə mübarizə aparmaq üçün dünyanı birləşdirmək olacaq"./Axar.az/