📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

2022-09-14 16:47:00

İsrail səfirliyi Azərbaycana başsağlığı verdi

Hurriyyet.az xəbər verir ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində erməni silahlı qüvvələrinin irimiqyaslı təxribatlarını dəf edərkən şəhid olmuş hərbçilərin ailələrinə öz ölkəsinin adından başsağlığı verib. Bu barədə məlumatı İsrailin Azərbaycandakı diplomatik nümayəndəliyi verib.

Çərşənbə axşamına keçən gecə Ermənistan Silahlı Qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində irimiqyaslı diversiya həyata keçiriblər. Azərbaycanın Silahlı Qüvvələri bu diversiya aktlarının dərhal qarşısının alınması üçün təcili tədbirlər görüblər. Toqquşma baş verib. Hərbi münaqişənin miqyasının genişlənməsi nəticəsində Ermənistanın ordusu dəf edilib.

Hürr Tərcüman