İsrail səfirliyinin ərazisində partlayış baş verdi
2024-10-07 16:12:42
Hurriyyet.az xəbər verir ki, Yaxın Şərqdə münaqişənin başlandığı 7 oktyabr tarixinin ildönümündə İsrailin Danimarkadakı səfirliyindən təqribən 500 m məsafədə partlayış baş verib.
Bu barədə AFP agentliyi polisə istinadla məlumat verib.
Agentliyin məlumatına görə, hadisə İsrailin diplomatik nümayəndəliyinin binasının yaxınlığında baş vermiş iki partlayışdan 5 gün sonra baş verib.
Paytaxt Kopenhagenin polis idarəsindən verilən məlumatda deyilir: "Əlbəttə ki, bu hadisənin daha əvvəl İsrail səfirliyinin yaxınlığında baş vermiş partlayışlarla əlaqədar olub-olmadığını araşdırırıq. Lakin hələlik əlimizdə heç bir dəlil yoxdur".
Hürr Tərcüman