İsrail Səudiyyə Ərəbistanı ilə münasibətləri tam normallaşdırmaq istəyir
2022-12-16 21:17:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsraildə seçkilərdə qələbə qazanaraq yenidən Baş nazir olan Binyamin Netanyahu Səudiyyə Ərəbistanı ilə tam normal diplomatik əlaqələr qurmağa çalışacağını deyib.
Netanyahu Səudiyyə Ərəbistanının “Əl Arabiyyə” televiziyasına müsahibə verib.
O, bəzi ərəb ölkələri ilə imzalanan və “Abraham” adı verilən normallaşma razılaşmasını genişləndirmək istədiklərini söyləyərək deyib: “Bu çərçivədə Səudiyyə Ərəbistanı ilə də buna bənzər razılaşma əldə eləmək və Riyad ilə tam diplomatik əlaqələr qurmaq niyyətindəyik. Bu, İsrail ilə ərəb dünyası arasında genişmiqyaslı sülh üçün böyük bir sıçrayış olacaq”.
Hürr Tərcüman