📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Somalilandı rəsmi olaraq müstəqil və suveren dövlət kimi tanıyıb

2025-12-26 23:19:59

İsrail Somalilandı rəsmi olaraq müstəqil və suveren dövlət kimi tanıyıb

Hurriyyet.az xəbər verir ki,  İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin məlumatına görə, tərəflər arasında bəyannamə imzalayıblar.

Tərəflər kənd təsərrüfatı, səhiyyə, texnologiya və iqtisadiyyat sahələrində əməkdaşlıq yolu ilə münasibətləri genişləndirmək niyyətindədirlər.

Aprel ayında Somaliland tanınma müqabilində ABŞ-a liman və uçuş-enmə zolağı icarəyə verməyi təklif etdi. Afrikanın ən uzun uçuş-enmə zolaqlarından biri olan (təxminən 4,1 kilometr) uçuş-enmə zolağı 1970-ci illərdə Sovet İttifaqı tərəfindən inşa edilib.

NURAY