İsrail süni mal ətinin satışına icazə verən ilk ölkə oldu
2024-01-17 16:44:45
Hurriyyet.az xəbər verir ki, İsrail bəşər tarixində süni mal ətinin satışına icazə verilən ilk ölkə oldu. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, "Aleph Farms Ltd." qida texnologiyaları şirkətinə müvafiq lisenziya verilib. Açıqlamada iribuynuzlu mal-qaradan götürülən hüceyrələrin çoxaldılması hesabına "yeni ərzaq növu"nün istehsalına icazə verildiyi bildirilir.
Naziliyin mətbuat xidməti bildirib ki, idarə dünyada zülala olan tələbatın artımını və cansız mənşəli ərzaq istehsalının əhəmiyyətini nəzərə alaraq, alternativ qida mənbələri üzərində işə davam edir.
Hürr Tərcüman