📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriya ərazisinə zərbə endirib

2023-11-10 10:15:02

İsrail Suriya ərazisinə zərbə endirib

İsrailin Müdafiə ordusu Suriya ərazisinə zərbə endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı ordunun Mətbuat xidməti yayıb. 

Bildirilir ki, buna səbəb Suriya ərazisindən İsrailin Eylat şəhəri istiqamətində pilotsuz uçuş aparatı ilə hücum edilməsi olub.

Sözügedən PUA-nın Eylatda məktəbə düşdüyü bildirilir. Dağıntı və tələfat barədə məlumat verilməyib.

qafqazinfo.az