📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyada hava limanına zərbələr endirdi

2023-01-02 11:41:00

İsrail Suriyada hava limanına zərbələr endirdi

İsrail Suriyanın Dəməşq beynəlxalq hava limanına hava zərbələri endirib, ölənlər var.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Suriyanın Dəməşq beynəlxalq hava limanına endirilən hava zərbələri nəticəsində iki suriyalı əsgər ölüb, iki əsgər yaralanıb.

Qeyd olunub ki, zərbələr zamanı hava limanına maddi ziyan dəyib və dəyən ziyan nəticəsində paytaxtın əsas beynəlxalq hava limanı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

yeniavaz.com