📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyada İrana bağlı qüvvələrin bazalarını vurdu

2023-07-19 14:18:00

İsrail Suriyada İrana bağlı qüvvələrin bazalarını vurdu

İyulun 19-da İsrail Hava Qüvvələrinə məxsus qırıcılar İrana bağlı Hizbullah qruplaşmasının Dəməşq ətrafında yerləşən silah-sursat bazalarına zərbələr endirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumatda anbarların dağıdıldığı və iki hərbçinin yaralandığı bildirilib.

Qeyd edək ki, bu, cari ildə İsrailin Suriyada yerləşən İran və ona bağlı hədəflərə iyirminci hücumudur.