İsrail Suriyada İrana bağlı yaraqlıların mövqelərinə və silah anbarlarına zərbə endirib
2022-08-26 11:08:00
İsrail ordusu ötən axşam Suriyada Həma əyalətinin Masyaf şəhəri ətrafındakı hədəflərə havadan hücum edib. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, sözügedən hədəflər İranın dəstəklədiyi yaraqlılara məxsus silah anbarları və yerləşdiyi məkanlar olub.
Xəbərə əsasən, hücumdan sonra Hama şəhərində qərbində İrana məxsus silah-sursat anbarlarında hələ də davam edən böyük yanğın baş verib.
Suriya İnsan Haqları Müşahidə Qrupu İsrailin son hücumunun ölkə ordusunun Suriyada İranın dəstəklədiyi qüvvələrin mövqelərinə və silah anbarlarına qarşı ən şiddətli hücumlarından biri olduğunu və həmin qüvvələrdən bəzilərinin öldürüldüyü və yaralandığını qeyd edib.
Ülviyyə, Hurriyyet.az