İsrail Suriyada məxfi əməliyyat keçirdi - İran zabitləri oğurlandı
2024-09-12 12:59:53
Hurriyyet.az xəbər verir ki, Suriya televiziyası SAXAL-ın ölkədə məxfi əməliyyat keçirərək İran zabitlərini qaçırdığını bildirib.
Bu yaxınlarda Məsyaf şəhərində kimyəvi silah istehsalı ilə məşğul olan elmi-tədqiqat mərkəzinə hücum edilib. Mərkəzdə İranın yüksək vəzifəli hərbçiləri də olub. Hava zərbələrindən sonra İsrail vertolyotlarından enən desantlar sürətli əməliyyat keçirərək 2-4 nəfər İran zabitini naməlum istiqamətdə aparıblar.
Ələ keçirilmiş zabitlərin dəqiq sayı barəsində hələ məlumat verilməyib - İran və Suriya rəsmiləri bu məsələni məxfi saxlayıblar.
Hürr Tərcüman