📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyada ordu mövqelərinə zərbələr endirdi

2025-03-11 00:14:43

İsrail Suriyada ordu mövqelərinə zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın keçmiş ordusunun 89-cu zirehli briqadasının Dəra əyalətindəki bazasına hücum edib.

Bu barədə Suriya TV-nin məlumatında deyilir.

Hava hücumundan sonra hərbi obyektdə bir neçə partlayış baş verib.

Həmçinin, raket və elektron döyüş sistemlərinin yerləşdiyi Suriya paytaxtından 65 km uzaqlıqda Ezraa şəhəri ərazisində Suriya hərbçilərinin mövqelərinə də zərbələr endirilib. \\Axar.Az