İsrail Suriyadadır - Baş Qərargah rəisi bəyanat verdi
2025-04-21 12:01:15
Hurriyyet.az xəbər verir ki, İsrail qüvvələrinin Suriyaya nədən daxil olduğu barəsində açıqlama verilib.
İsrailin müdafiə ordusu - SAXAL Suriyanın cənubundakı mövqeləri tutmağa davam edir. Bu barədə SAXAL-ın Baş Qərargah rəisi Eyal Zamir bölgəyə səfəri zamanı bəyanat verib.
O, Qolan təpələrindəki Hermon dağ massivini nəzərdə tutaraq deyib: "Suriya xaraba qaldığı üçün buraya daxil olduq. Biz özümüzü daha yaxşı müdafiə etmək üçün ön xətdəyik və əsas mövqeləri əlimizdə saxlayırıq. Buradan bu dağ silsiləsindəki hər yeri, hamını görürük".
Zamir komandirlərlə birlikdə müdafiə və hücum planlarını təsdiqləyib.
Hürr Tərcüman