📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyadakı İran bazasını vurdu

2023-03-30 09:56:00

İsrail Suriyadakı İran bazasını vurdu

Hurriyyet.az xəbər verir ki, martın 30-da İsrailin Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığındakı, İranla bağlı hərbi obyektlərə zərbələr endirdiyi bəlli olub.

“Röyters” agentliyinin yazdığına görə, İsrailin HHQ Golan təpələri tərəfindən bir neçə raket buraxıblar. Suriyanın HHM sistemləri onlardan yalnız bir neçəsini dəf edə bilib.

Suriyanın Sana dövlət agentliyi vurulmuş zərəri təsdiqləyib, Əl Midan rayonunda suriyalı hərbçilərin yaralandığı bildirilir.

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidə Qrupu (The Syrian Observatory for Human Rights – SOHR) İsrail Müdafiə Ordusunun Kasiun dağının yaxınlığındakı (Dəməşq şəhərinin şimal tərəfi) hərbi obyektlərə hücum elədiyini təsdiqləyib, Əl Midan rayonuna təcili yardım maşınlarının yollandığını xəbər verib.

Hürr Tərcüman

Bizi "Feysbuk"da izləyin