📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyanı bombaladı

2022-04-27 12:28:00

İsrail Suriyanı bombaladı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinin yaxınlığına hava hücumu edib.

Suriya Dövlət Televiziyası Suriyanın hava müdafiəsinin Dəməşq səmalarında İsrailin raketlərinə cavab verdiyini bildirib.

Bölgədə yaşayan vətəndaşlar mətbuata açıqlamalarında raketlərin Dəməşqin şimal-qərbinə və cənubuna düşdüyünü, partlayışların çox şiddətli olduğunu bildiriblər.

SANA agentliyi hücum nəticəsində 4 nəfər suriyalı hərbçinin həlak olduğunu, 3-nün isə yaralandığını bildirib.

Aprel ayı ərzində  İsrail dəfələrlə Suriyaya hava hücumu edib. 9 aprel tarixində Hama rayonu, 15 apreldə isə Dəməşqin qərbindəki rayonlar hədəfə alınmışdı.

Hürr Tərcüman