📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyanı raket atəşinə tutub - ölənlər var

2024-09-09 11:28:00

İsrail Suriyanı raket atəşinə tutub - ölənlər var

Hurriyyet.az xəbər verir ki, İsrail Suriyanı raket atəşinə tutub, hücum nəticəsində ölənlər və yaralananlar var. Bu barədə Suriyanın rəsmi SANA agentliyi məlumat verib. 
Suriyanın Müdafiə Nazirliyi sentyabarın 8-də İsrailin Hava Qüvvələrinin ölkənin mərkəzi bölgələrində yerləşən bir sıra hərbi obyektləri hədəfə aldığını bildirib.
Nazirliyin açıqlamasında deyilir: " Bizim HHM vasitələrimiz raket zərbələrini dəf edərək onların bir neçəsini vurublar".
Suriyanın Müdafiə Nazirliyinin məlumatına görə, İsrailin hücumu nəticəsində 3 nəfər həlak olub, 15 nəfər yaralanıb.
Hürr Tərcüman