📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail Suriyanın sursat anbarını bombaladı

2024-10-03 10:56:55

İsrail Suriyanın sursat anbarını bombaladı

İsrail Suriyanın qərbindəki Cebla sahil şəhərindəki sursat anbarına hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Hədat” telekanalı məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Suriya nəşrləri Latakiya liman şəhəri üzərində səmada partlayış səslərinin eşidildiyini bildirmişlər. Partlayış səsləri Rusiya bazasının yerləşdiyi Tartusda da eşidilib.