İsrail Suriyaya hava hücumu edib
2024-01-31 13:59:21
Hurriyyet.az xəbər verir ki, İsrail ordusu Suriyanın hərbi infrastrukturuna aviazərbələr endirdiyini bəyan edib.
İsrail ordusunun açıqlamasında Golan təpələrinin atəşə tutulmasına cavab olaraq, Suriyanın Deraa rayonundakı hərbi obyektlərə aviazərbələr endirildiyi bildirilir.
Hürr Tərcüman