İsrail Suriyaya raket yağdırdı
2021-12-16 17:12:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Suriyanın SANA rəsmi informasiya agentliyi yerli saatla 00.50 radələrində ölkənin cənubundakı bəzi hərbi məntəqələrinə İsrail tərəfindən hava hücumu edildiyini bəyan edib.
Xəbərdə suriyalı hərbçinin öldüyü, Suriyanın HHM sistemlərinin atılan raketlərin əksəriyyətini dəf elədiyi bildirilir.
Suriyada daxili müharibənin başlandığı 2011-ci ildən bəri İsrail vaxtaşırı İranın dəstəklədiyi qüvvələrə və Suriya hökumətinə məxsus hərbi məntəqələrə hücumlar edir.
Hürr Tərcüman