İsrail Suriyaya raket zərbələri endirib
2024-02-07 10:31:52
Hurriyyet.az xəbər verir ki, Suriyanın Müdafiə Nazirliyi İsrailin Hava Qüvvələrinin Homs vilayətinə zərbələr endirdiyi barəsində məlumatı təsdiqləyib, hücum nəticəsində ölənlərin və yaralananların olduğunu bildirib. Yerli vaxtla saat 00.30 radələrində Homs şəhərindəki obyektlərin vurulması barəsində informasiya nazirliyin "Feysbuk" səhifəsində dərc edilib.
Suriyanın HHM sistemlərinin İsrailin bir neçə raketini dəf elədiyi xəbər verilir.
Açıqlamada deyilir: "Zərbələr nəticəsində bir neçə dinc sakin həlak olub, bir neçəsi yaralanıb. Dövlətə və fərdi şəxslərə malik olan bir sıra obyektlər zədələnib".
"Əl Vətən" nəşrinin yazdığına görə, İsraildən atılan raketlər dağıntılarla yanaşı, yanğınlara da səbəb olub.
Hürr Tərcüman