📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail turizm sektoru nümayəndələri Bakıya səfərə gəlir

2023-09-29 13:09:05

İsrail turizm sektoru nümayəndələri Bakıya səfərə gəlir

Noyabrın 19-23-də Bakıda Azərbaycan və İsrailin turizm sektoru nümayəndələrinin görüşü keçiriləcək.

Məqsəd iki ölkə arasında turizm üzrə işçi qrupunun yaradılmasıdır. Qonaqlar üçün Bakı-Abşeron və Bakı-Quba turlarının təşkil olunacağı bildirilir. 

Azərbaycanın şimal-şərqində Qubada 2000 ildir dağ yəhudiləri icmasının yaşadığı Krasnaya Sloboda adlı yaşayış məntəqəsi var. Bu gün MDB məkanında dağ yəhudilərinin yeganə icmasıdır. Krasnaya Sloboda həm də “Qafqazın Qüdsü” adlanır.

Ülviyyə, Hurriyyet.az