📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail: Türkiyə İranın dostu deyil, ittifaq qura bilərik!

2022-02-08 09:39:00

İsrail: Türkiyə İranın dostu deyil, ittifaq qura bilərik!

Türkiyə ilə diplomatik əlaqlərdə Prezident İshaq Hersoq mühüm rol oynayır.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennett deyib.

“İsrail prezidenti fövqəladə işlər görür və problemlərin həllində diplomatik dəyərdir. Türkiyə ilə çox diqqətli şəkildə irəliləyəcəyik. Ən azından İranın böyük bir dostu deyillər. Bu səbəbdən fəaliyyətimizin və ittifaqlar qurmağımızın qarşısını alacaq bu kimi sadəlövhlüyə qapılmamalıyıq”, - deyə Bennett bildirib.

Qeyd edək ki, ötən gün İsrail və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub.