İsrail Türkiyənin NATO-dan çıxarılmasını istəyir
2024-07-30 15:25:07
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın İsrailə ordu yeridəcəyi barəsində açıqlamasından sonra İsrailin Xarici İşlər Nazirliyi NATO-nu Türkiyəni alyansdan çıxarmağa çağırıb. Bu barədə "Tayms of İsrael" nəşri məlumat verib.
Qəzetin yazdığına görə, Prezident Ərdoğanın açıqlamasından sonra İsrailin xarici işlər naziri İsrael Kats diplomatlara təcili şəkildə bütün NATO ittifaqı üzvləri ilə əlaqə saxlayıb, onlardan Türkiyənin Şimali Atlantika alyansından çıxarılmasını tələb eləməyə çağırıb.
Hürr Tərcüman