"İsrail Ukraynanı dəstəkləyir" - Xarici işlər naziri
2023-04-04 19:59:00
"İsrail Ukraynanı dəstəkləyir və ona humanitar yardım göstərməyə davam edəcək".
Bunu çərşənbə axşamı Çexiyada səfərdə olan İsrailin xarici işlər naziri Eli Koen bildirib.
Koen çexiyalı həmkarı Yan Lipavski ilə danışıqlar aparıb. Onlar xüsusilə İrana qarşı sanksiyaları müzakirə ediblər.
“Hazırda İrana qarşı əlavə sanksiyalar tətbiq etməli olduğumuzu başa düşməyimiz vacibdir və bu, iyun ayında baş verməlidir”, - Koen bildirib.
Bundan əvvəl İrana qarşı növbəti sanksiyalar ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq edilib. \\Redaktor.az