📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“İsrail uşaqları öldürür”, “İsrail terror dövlətidir” deyənlərlə Polis arasında əlbəyaxa dava

2024-06-22 22:07:35

“İsrail uşaqları öldürür”, “İsrail terror dövlətidir” deyənlərlə Polis arasında əlbəyaxa dava

Eberswalder tramvay dayanacağından "Qəzzədə soyqırımı dayandırın" şüarı ilə başlayan və təxminən 3 min nəfərin qatıldığı yürüş zamanı polisin bəzi nümayişçiləri saxlaması səbəbilə əlbəyaxa dava düşüb.

Polis butulka və plastik stəkanlar atan nümayişçilərə müdaxilə edib.

Dava zamanı xəstələnən bəzi nümayişçilərə təcili yardım çağırılıb.

Daha sonra şəhər mərkəzinə yürüş edən nümayişçilər “İsrail uşaqları öldürür”, “İsrail terror dövlətidir” kimi şüarlar səsləndiriblər

Bundan əlavə, 60-a yaxın fəal Berlin-Mitte şəhərindəki Alexa ticarət mərkəzində etiraz aksiyası keçirib.

Sosial mediada yayılan görüntülərə görə, nümayişçilər əllərində plakatlar və pankartlarla ticarət mərkəzinin içərisinə oturaraq İsrail əleyhinə şüarlar səsləndiriblər.

Polisin verdiyi açıqlamada 11 nümayişçinin saxlanıldığı bildirilib.