📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İsrail və ABŞ vətəndaşlığı olan pilot ələ keçirilib - İran

2026-04-06 16:18:59

İsrail və ABŞ vətəndaşlığı olan pilot ələ keçirilib - İran

İsrail və ABŞ vətəndaşlığı olan Moran Sagron adlı pilot, təyyarəsinin qəzaya uğramasından sonra İran ərazisində ələ keçirilib.

Modern.az xəbər verir ki, bu barədə İran KİV-lərinə və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli hesabların məlumatlarına istinadən “Gündəlik İran jurnalisti” adlı Telegram kanalı məlumat yayıb.

Məlumatda pilotun rəsmi hərbi identifikasiya məlumatları, o cümlədən ona aid edildiyi bildirilən identifikasiya nömrəsi dərc olunub.

Kanalın bildirdiyinə görə, pilot təyyarəsinin İran ərazisində qəzaya uğramasından sonra saxlanılıb.